Tanınmış kardioloqun səhhəti AĞIRLAŞDI
Əməkdar həkim, tanınmış kardioloq Cabir Məmmədovun səhhəti ağırlaşıb.
Yenicag.az xəbər verir ki, bir neçə gündür komada olan Cabir Məmmədovun müalicəsi davam etdirilir. Həkimlər onun vəziyyətini stabilləşdirmək üçün bütün imkanlardan istifadə edirlər.
Əməkdar həkimin oğlu, “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli atasının səhhətinin kritik olduğunu bildirib: “Həkimlər əllərindən gələni edirlər, amma vəziyyət ağır olaraq qiymətləndirilir”.
Qeyd edək ki, Cabir Məmmədov uzun müddətdir şəkər xəstəliyindən və xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Hazırda onun vəziyyəti həkim nəzarətindədir.