Tanınmış modeldən SƏRT ETİRAZ: “Utanmır, xanımını videoya çəkib “TikTok”a qoyur”

“Əvvəllər abır-həya var idi, kişi öz ailəsi barədə danışmağı özünə ayıb sayırdı. Bunu kişilik qüruruna sığışdırmazdı. Amma indi çıxıb efirə həyat yoldaşı barədə sərt ittihamlar səsləndirirlər. Onu xəyanət etməkdə suçlayır, böhtan atır, milyonların gözü qarşısında şiddət göstərməkdən belə çəkinmirlər. Düşünmürlər ki, bunu etməklə özlərini hörmətdən salırlar ”.

Bunu tanınmış model, aktrisa Əfsanə Qasımova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa son vaxtlar istər efirdə, istərsə də sosial şəbəkələrdə şəxsi məsələlərin, özəl həyatın gündəmə gətirilməsini “tərbiyəsizlik” adlandırıb:

“Ailə məsələləri özəl məsələdir. Əvvəllər insanlar öz ailə problemlərini kənara çıxarmazdılar. Amma indi adi hala çevrilib. Sosial verilişlərə çıxıb öz ailə sirlərini açan, xanımını el-aləmlə bir edən kişilər var. Bir də görürsən kimsə utanmır, xanımını videoya çəkib “TikTok” da paylaşır. Təəssüflər olsun ki, tanınmışlar arasında da belələri var. Sosial şəbəkələrdə, yaxud da  efirdə ailə sirlərini açıb-tökürlər, həyat yoldaşları barədə təhqiramiz fikirlər səsləndirirlər. Bəlkə də bununla diqqət çəkmək, gündəmə gəlmək istəyirlər, amma olmaz, ayıbdır.

Sosial şəbəkələrdə isə ümumiyyətlə biabırçılıqdır. Bir qisim insanlar var ki, sanki özlərini hərraca çıxarıblar. Yeniyetmələr, gənclər belə insanlara baxıb hansı ibrəti götürəcəklər?! Tərbiyəsizlik baş alıb gedir”.

Cəvahir

COP29