!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış reperdən 18+ sözlər: "Urod" qadınla öpüşmərəm" - FOTOLAR

!Reklam – Yazi
Qurd kimi tanınan Fərid Eminovun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Fərqli tərziniz var, ilk baxışda eqoist təsir bağışlayırsınız, yəni ki, məndən yoxdur?

– Eqoizm deməzdim, bunu terminlə izah edim: buna metroseksual deyirlər. Məndə tam bu da deyil. Gözəl, təmiz geyinməyi xoşlayıram. Cürbəcür saatlar, qolbağılar istifadə edirəm. Bu, özümü sevdiyimdən deyil, özümü insanlara səliqəli təqdim etmək istəyindən irəli gəlir.

– Tatularınız da diqqət çəkir…

– Hə, çoxdur. Bunun da səbəbi var. İstəyirəm soyunanda bədənim gözəl görünsün. Dənizdə oluruq, fotolarımızı çəkirlər. Niyə də bədənim yaraşıqlı olmasın?

– Xanımları da yəqin nəzərə alırsınız…

– Xanım sənətçilər özlərini tərifləyəndə «cazibədar qadınam» deyir. Bəs siz?

– Əlbəttə, niyə də olmasın. Mən cazibədar yox, xarizmatik kişiyəm. Bir sözlə, normal Azərbaycan kişisiyəm . Demirəm xanımların idealıyam, bunu özləri daha dəqiq deyə bilər.

– Sizi xarizmatik göstərən nədir?

– Bəziləri deyir, burnum, bəziləri deyir gözlərim, bəziləri də deyir bədən quruluşum.

– Erotik filmə çəkilərsiniz?

– Yaxşı qonorar versələr, niyə çəkilmərəm ki…Pornoqrafiya olmaz, amma erotik öpüş səhnələrinə olar. Problem yoxdur.

– Tərəf müqabilinizin yaraşıqlı, ya çirkin olması önəmli olarmı?

– Əlbəttə, əsas olan hissləri nümayiş etdirməkdir. «Urod» qadınla çəkilmərəm təbii ki…(gülür). Onda kinonun gözəlliyi itər axı. “Urod”qadınla niyə öpüşməliyəm ki… Amma Allahın yaratdığı heç bir qadın eybəcər deyil. Sadəcə olaraq, kimsə kiminsə gözündə eybəcər görünə bilər.

– Sosial şəbəkədə xanımlar sizə çox yazır?

-Çox. Hamısına da hörmətə yanaşıram.

– Gözəl xanımdır, niyə də görüşməyim deyə heç onların sevgisindən sui-istifadə edirsiniz?

– Olub, yalandan durum nə deyim. Sadəcə olaraq xoşuma gəlib görüşmüşəm. Amma bu, daimi xarakter daşımayıb.

– Hansı tip qadınlardan xoşunuz gəlir?

– Tip olaraq azərbaycan xanımlarına hörmətlə yanaşmışam. Bütün dünyada bizim xanımlar qədər gözəl xanımlar yoxdur.

– Bunlar ümumi sözlərdir…Üç hansı xüsusiyyət mütləq o xanımda olmalıdır?

– Özünə baxımlılıq, uzun saçlar və hündür boy.

– Qarderobda brend geyimlər çoxdur?

– Baxır geyimə.

– Ən bahalı paltarınızın qiyməti neçəyədir?

– Pencəyimdir, qiyməti də təxminəm 1200 manat.

– Kimin zövqü ilə hesablaşırsınız?

– Ata-anamın. Geyinib dururam qarşılarında, soruşuram bəyəndinizmi? Başqa heç kimlə məsləhətləşmirəm.

– Pisliyə pisliklə cavab verənlərdənsiniz?

– Pisliyə pislik, yaxşılığa da yaxşılıqla cavab verirəm. Başqa necə ola bilər ki?.

– Qisas hissi varmı?

– Əladır. Qisas almağı xoşlayıram, amma məqamı gözləyirəm. Birbaşa hücum etmirəm.

– Qurd kimi?

– Bəli.Rəqibi öldürməyə hazır olan qurd kimi. Qurd şirdən zəifdir. Gözləyir şir zəifləsin, sonra onu yıxır.

– Təhlükəlisiniz amma…

– Bəli.

– Həmişə belə səmimi olursunuz?

– Çalışıram.

– Görəndə ki, qarşınızdakı qeyri-səmimidir, reaksiyanız necə olur?

– Çalışıram ondan uzaq durum. Onsuz da müəyyən müddətdən sonra insanlar iç üzünü göstərirlər. Danışığından, gözlərindən, müəyyən etmək mümkündür.

– Sizcə, mən səmimiyəm?

– Sual verən tərəfsiniz, səmimi ola bilməzsiniz.

– Bir müddət öncə, həmkarınız Anar Nağılbazın məlum videosu yayıldı. Demək istəyirəm ki, kompramatlardan qorxmursunuz ki?

– Xanımlarla elə ünsiyyətlər qurmuram. Həyatımda olan qadına hörmətim var. Bir də ki, əgər kompramat varsa var. Deyərəm eləmişəm, yaxşı eləmişəm hər kəsin şəxsi həyatı var, özü cavabdehdir.

Cəvahir

Foto:Cəmalə

www.yenicag.az

6671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv