Rusiyalı tədqiqatçılar ölkənin Yakutiya bölgəsində 40 min illik tarixi olan qurd başı aşkarlayıb.
Yenicag.az xəbər verir ki, başın bu günə qədər çürüməməsinə səbəb soyuq hava şəraitidir.
Qurdun başının uzunluğu 41 sm uzunluğunda olub. Alimlər 40 min il əvvələ aid qurd cəsədi ilə, bu günki qurdları müqaisə edib. Nəticədə keçmiş nəsil qurdların 25/100 daha böyük olduğu aşkarlanıb.
Rusiyalı alimlər iddia edir ki, bu qurd cinsi mamontlarla eyni zamanda yaşayıb və artıq nəsli kəsilib.
İndi rusiyalı alimlər inanır ki, iqlim dəyişikliyi nəticəsində ərazidə buzlar əridikcə bu cür önəmli kəşflərin sayı artacaq.
www.yenicag.az