Reklam

Reklam

Şairə Cığatelə ağır itki üz verib: həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişib. Mərhum doğulduğu Ağstafa rayonunda dəfn olunub.

Yenicag.az-a açıqlama verən şairə gözyaşlarına hakim ola bilməyib:

“ Evimin yaraşığını, gözümün nurunu, arxa-dayağımı, sirdaşımı, baş yoldaşımı itirdim. Ağır dərddir. 3 ayın içində “əridi” getdi. Gözünün içinə baxıb, “sağalacaqsan”, deyə, onu aldadırdım. Mənə inanırdı, amma əcəl əlimdən aldı. O, əlimdən tutub Bakıya gətirən, məni “şairə Cığatel” edən kişi idi. Cavan idi, yaşamaq istəyirdi. Son nəfəsində yalvardı ki, məni ölməyə qoyma. Onsuz bu həyat mənim üçün qaranlıqdır”.

Nə deyim, can yoldaşıma indi ağı deyəcəyimi ağlıma da gətirməzdim:

Qaradı qaşın ördək,
Yaşıldı başın ördək.
Həmişə cüt gəzərdin,
Hanı yoldaşın ördək?

Qeyd: Şairəyə Məlahət Qurbanova, Svetlana Bayramova, Aqil Ələsgər, Zakirə Zakirqızı və digər yaxın dostları başsağlığı verir. Allah rəhmət eləsin!

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4634
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.