Tanınmış tarixçidən Ərdoğana təklif-Video

media-hightechnic-468x90

erdogan-238x300“Türkiyə prezidentinin 16 tarixi türk dövlətinin əsgərlərinin qiyafəsində fəxri qarovulda dayanan əsgəri birləşməsində Səfəvi İmperiyasının əsgərlərinin də “yer alması”nı təklif edirəm”.

Bunu “Habertürk” kanalında “Tarixin arxa odası” adlı verlişin aparıcısı, məşhur tarixçi Murat Bardakçı bildirib. O vurğulayıb ki, Türk millətinin tarixindən bu dövlətin silinməsinə baxmayaraq, imperiyanı Şah İsmayıl Xətai qurub. Bu imperiyanın əsgərləri olub. Bu adamlar türkcə danışıb və indiki Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövləti olub.

Türk tarixçi hesab edib ki, istər hazırda mövcud olan və yaxud tarixən mövcud olmuş, hazırda isə olmayan türk dövlətlərinin “əsgər”lərinin Ərdoğanın fəxri qarovulunda olması çox yaxşıdır: “Bu, Səfəvilərdən xəbəri olmayan gənclərimizin türk tarixindən ən azı məlumatlı olmasına gətirib çıxaracaq”.

Xatırladaq ki, Səfəvilər İmperiyası 1501-ci ildən 1736-cı ilə qədər bugünki Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş, Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövlətidir. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyulunda Təbrizdə özünü şah elan etməklə qoyub. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun nüvəsini türkdilli tayfalar təşkil edib. Səfəvilər dövləti, həmçinin, müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynayıb(a24.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600