Tanınmış teleaparıcı Yusif Ağayev yaşına görə cavan qalmasının sirlərini açıqlayıb.
Yenicag.az-a açıqlama verən aparıcı formada qalmaq üçün qidasına fikir verdiyini və idmanla məşğul olduğunu bildirib:
“Həyat tərzimə çox şey borcluyam. Düşünürəm ki, formada və gənc qalmaq istəyən insanlar qidasına və yaşam tərzinə fikir verməlidir. Hər gün iki litr su içirəm, siqaret çəkmirəm, içkidən uzağam, ət yemirəm. 1 otaqlı mənzilimdə 3 trenajor aləti var. Bir də əsas olan sevgiylə əhatə olunmaqdır. Doğmalarımdan sevgi görəndə, nəvələrim məni bir dəfə öpəndə xoşbəxt oluram. Bu zaman özümü dünyanın ən xoşbəxt, ən zəngin kişisi sayıram. Onlar mənim var-dövlətimdi”.
Cəvahir
www.yenicag.az