Tanınmışlardan Gəncədəki hadisələrə operativ reaksiya – Yenicag.Az

Reklam

Reklam

Gəncədə baş vermiş iğtişaşa media nümayəndələri, tanınmış redaktorlar operativ reaksiya verib.

Yenicag.az Musavat.com-a istinadən onlardan bir neçəsinin statusunu təqdim edir:


Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət
: “Dostlar, lütfən Gəncəylə bağlı şayiə xarakterli xəbərləri tirajlamayın… Gəncəlilər hər zamankı kimi dövlətə sadiqdirlər və heç bir təxribata alət olacaq deyillər. Bu ölkəni xaosa sürükləyə bilməyəcəksiz”.


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
: “Çoox təəssüf! Allah şəhid olan polislərimizə rəhmət eləsin! Qarşıdurmaya çagıranlar, Vətənimizi qanla çalxalamaq istəyənlərin dəyirmanına su tökənlər, xurafat və cəhalətin əsiri olanları qəhrəmana çevirənlər ,qisas hissiylə alışıb yananlar! Sevinənlər! Durun, dayanın! Xalq siz deyilsiniz! Xalq bu təhlükəni duyan, hiss edən, dövlətimizə qarşı namərd hücumların mahiyyətini anlayan insanlardı! Onlar çoxdurlar! Lap çox! İndi təmkinli dayansalar da, namərdlərə, kürəyə bıçaq saplayanlara layiqli cavab verəcəklər! İctimai fikir və çoxluq xalqın müdrik kəsimindədir! Və bu çoxluq indi dinməli, səsini qaldırmalı, Vətənimizi qana sürükləyən bir ovuc xainlərə qarşı kəskin münasibətini ortaya qoymalıdır!”

Jurnalist Ruslan Xəlil: “Maraqlıdır ki, Gəncədəki qanlı aksiyadan İrandan maliyyələşən jurnalistlər canlı yayım edirlər. Meydan məzhəbçi müxbirlərin əlinə kecib”.

 

 

YeniÇağ Media Qrupunun baş direktoru Aqil Ələsgər: “Şəhid Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu və ailəsini, qardaşını yaxşı tanıyırdım. Ailə olaraq, dövlətə və dövlətçiliyə son dərəcə bağlıdırlar. Səməd Abbasov da məhz Azərbaycan dövlətçiliyi uğrunda şəhid olmuşdur. Ona və digər polisimizə qıyan əllər mütləq kəsilməlidir və kəsiləcək! Allah dövlətimizi qorusun!!!”

Jurnalist Səbuhi Mübariz Abasov: “Bizə daxil məlumata görə, şəhid olanlardan biri Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev çox gözəl insan imiş. 20 ildən çoxdur ki, İlqar müəllim rəis müavini işləyib. Gəncədə böyük hörməti olub, insanlar arasında bu illər ərzində rəğbət toplaya bilib. Bu şərəfsiz, namusdan dəm vuran, anti-Azərbaycan köpəkləri bu adamın yaşına, başına baxmayaraq bıçağı peşəkarcasında düz ürəyinin başına sancıblar. Hardasınız ey Yunisərəstlər? Niyə “ədalət” mübarizəsindən yazmırsınız, niyə yenə inboxuma “qardaş sən səhvsən, onlar təmizdi” deyə yazmırsınız? Hal-hazırda Gəncədə insanlar bu ekstremistlərə görə çox həyəcanlıdırlar, son 1 saatda 100-ə yaxın zəng gəlib. Hamısı deyir Allah dövlətimizi qorusun. Bir qohum da zəng edib, elə bilir mən DİN əməkdaşıyam, deyir Bakıya denən bizim sabitliyimizi özümüzə qaytarsınlar. Real mənzərə budur! Kim nə deyir desin. Mən 3 iyulda söylədiyim fikirlərin üzərində qalıram: Proses başlamışkən radikalların hamsını bu ölkədən rədd eləmək lazımdır. Ən azından balalarımıza sağlam dövlət buraxmaq üçün…”

Jurnalist, MSK-nın eks mətbuat katibi Azər Sarıoğlu: “Adım kimi əminəm ki, belə təxribatçı, konkret bir şəhərin əhalisini aşağılayan statusu Elmar Vəliyevin oğlu yazmayıb. Nə Elmar Vəliyevi, nə də oğlunu tanıyıram. Elmara da simpatiyam-filan yoxdur. Sadəcə, belə bir həssas sitiuasiyada Elmarın oğluna bu cür statusu yazmasına, oğlan istəsə belə, imkan verilməz. Bu, daha çox əvvəlcədən hazırlanmış ssenariyə bənzəyir. Əvvəlcə, şəhərdə aksiya olacağı barədə şayiələr dolanır, sonra sosial şəbəkədə bu təxribatçı status paylaşılır və “yanğına körüklə gedilir”. Son illərin digər ölkələrdə izlədiyimiz ənənəvi sosial şəbəkə təxribatı. Nəticədə iki polis bıçaqlanıb. İndiyə kimi hansı aksiyamızda polis bıçaqlanıb? Hətta kütləvi aksiyaların ən qaynar çağlarında belə dövlət məmuruna xəsarət yetirilməsi hadisəsinə rast gəlinməyib”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8469
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."