Tanınmışlardan “Yeni Çağ”ın 18 yaşına TƏBRİKLƏR: “İndi sizin çağınızdır!”

media-hightechnic-468x90

Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 18 yaşı tamam olur. Azərbaycan media seqmentində etibarlı KİV resurslarından biri kimi tanınan Yenicag.az Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yenilikləri, eləcə də dünyada baş verən maraqlı xəbərləri oxuculara çatdıran nüfuzlu media orqanıdır.

Tanınmışlar saytın özəl günündə təbriklərini söyləyib, ürək sözlərini ifadə ediblər.

Xalq artisti Nəzakət Teymurova:

“Bu gün sizin gününüzdür. Əziz və doğma “Yeni Çağ” komandası, hər birinizi ürəkdən təbrik edirəm. Şərəfli və məsuliyyətli fəaliyyətinizdə komandanıza yeni uğurlar arzulayıram. “Yeni Çağ”ı izləyirəm, ona görə ki doğru xəbərlərin, maraqlı yazıların, rəngarəng müsahibələrin, reportajların ünvanı məhz “Yeni Çağ”dır. Sükanı belə saxlayın, birinciliyi heç vaxt əldən verməyin”.

Xalq artisti, tarzən Möhlət Müslümov:

“Saytınıza dəfələrlə müsahibələr vermişəm, tərəddüd etmədən vermişəm. Özüm də daim izləyirəm “Yeni Çağ”ı. Çox obyektiv, maraqlı, seçilən, fərqlənən bir mətbu orqandır. Bu çətin və məsuliyyətli fəaliyyətinizdə hər zaman uğurlar arzulayıram. Yolunuz açıq olsun, oxucularınız bu saytdan zövq almağa davam etsin. Başda rəhbərlik olmaqla, hər birinizi ürəkdən təbrik edirəm. Uğurlarınız bol olsun”.

Xanəndə, Əməkdar artist Cabir Abdullayev:

“Yeni Çağ” Azərbaycan media məkanında sözünü deyən, hər zaman fərqliliyi, operativliyi ilə seçilən, daim diqqət mərkəzində olan nüfuzlu media orqanıdır. Sayılıb-seçilirsiniz, həm də sevilirsiniz. Ürəkdən təbrik edirəm, saytınızda sənətkarlara xüsusi yer ayırırsınız. Hər zaman mən də sevə-sevə saytınıza müsahibələr verirəm. Hər zaman belə uğurla fəaliyyətinizə davam edin, gününüz mübarək!”

Aparıcı Aytəkin Mərdanova:

 “Yeni Çağ” operativ xəbərlər, maraqlı, oxunaqlı müsahibələr, araşdırmaları ilə seçilib. Daim izlədiyim saytdır. Başda rəhbərlik olmaqla, “Yeni Çağ” ailəsini özəl gün münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayıram. Zirvələri fəth etməkdə davam edin”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa