Tarixdən bu günə: “Bakının xilası türk birliyinin gücünü göstərdi”

media-hightechnic-468x90

“Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında 15 sentyabr 1918-ci ildə Bakıya daxil olaraq şəhəri düşmən işğalından azad etməsinin və Bakının Qurtuluşunun 107-ci ildönümü mübarək olsun”.

Yenicag.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin Baş müşaviri, 25-26-cı çağırış MHP Osmaniyə millət vəkili, Ankara Hacı Bayram Vəli Universitetinin (AHBV) müəllimi, professor Ruhi Ərsoy “X” hesabında paylaşıb.

media-ruhi-ersoy-2050783

O, bildirib ki, Bakının daşnak və bolşeviklərdən qurtuluşu türk dünyasının birlik və bərabərliyinin, əzm və qətiyyətinin ən güclü simvollarından biri kimi yaddaşlarımızda yaşamaqda davam edir.

“Əvvəlcə Nuru Paşa, Ənvər Paşa, Xəlil Paşa və ürəkdən bir dava adamı olan Əhməd Cavad olmaqla, vətən, millət və inanc uğrunda canını fəda edən bütün qəhrəman şəhidlərimizi rəhmət, minnət və şükranla yad edirik!”, – deyə paylaşımda qeyd olunub.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa