Tayvanın cənub bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Qaosyun liman şəhərindən 90 kilometr şimal-şərqdə yerləşib, yeraltı ocağı isə 12 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.












