"Ayının min oyunu var, Trampın isə..." – Doha görüşünün PƏRDƏARXASI

media-hightechnic-468x90

“Ayının min oyunu, Trampın isə planları var.”

media-banner_tkm

Qətərin Doha şəhərində ABŞ və İran nümayəndələrinin keçiriləcək olan görüşü bütün dünyanın diqqət mərkəzindədir.

Görüşün perspektivləri haqqında politoloq Natiq Miri Yenicag.az-a danışıb:

media-pp

“Doha şəhərində keçirilən görüşü tərəflər müxtəlif şəkildə yozsalar da, hər iki tərəfin maraqlarını ehtiva edən məsələlərə görə təşkil olunub. ABŞ bu görüşün Hörmüz boğazında yaranan yeni böhranla bağlı olduğunu iddia etsə də, İran tərəfi Dohada 6 milyardlıq aktivlərin açılması ilə bağlı olduğunu dilə gətirir. Düşünürəm ki, bunlar bilavasitə əlaqəlidir. Hörmüz boğazında yaradılan süni böhran məhz aktivlərin açılması üçündür. Bu cür böhranlar olduğu təqdirdə İranın masada mövqeləri güclü olur. Bu baxımdan bu yöndə konkret anlaşma əldə oluna bilər.”

Politoloq qeyd edib ki, ABŞ iqtisadi yolla, silah gücünə bacarmadığını edərək İranı çökdürməyə çalışır:

“Digər səbəb isə Amerikanın hərbi yolla edə bilmədiyini investisiya gücü ilə etmək istəməsidir. Dohada müəyyən razılaşmalar olsa belə, bu sazişin yekun perspektivi çox şübhəlidir. ABŞ gözlədiklərini İrandan tam ala bilməyəcək. Digər tərəfdən, İran-İsrail münaqişəsi bitmədən bu böhranlar daim var olacaq. İsrail hələ də İranı əsas düşmən olaraq görür. Onlar İran rejiminin məhv edilməsinə çalışırlar.”

N. Miri Hörmüz boğazında ikihakimiyyətlilik ehtimalı olduğunu dilə gətirib:

“Ən böyük problemlərdən biri də Livan problemidir. İran Livanda söz sahibi olaraq qalmaq istəyir və Hizbullah var olduqca İsrail – Hizbullah döyüşləri davam edəcək ki, bu da ABŞ – İran anlaşmasının gələcəyinə ciddi kölgə salır. Dohada anlaşıla biləcək məsələlər ortaq təsəvvür də ola bilər. ABŞ bu danışıqlarda İranı razı salmasa, iki ölkənin boğaza ortaq nəzarət və gələcəkdə müəyyən rüsumların müəyyənləşməsində ortaq qərar ala biləcəyini düşünürəm. Boğazdan keçən gəmilərdən il ərzində milyardlar qazanıla bilər ki, Amerikanın biznesmen rəhbəri də buna şərik olmaq istəyir. Düşünürəm ki, anlaşma bu kontekstdə ola bilər. Hər bir halda, İran ən böyük təzyiq vasitəsi olan Hörmüzə nəzarəti əldən verməyəcək. ABŞ isə İranın ehtiyacı olduğu vəsaitlərin açılmasını ləngitməklə İrana təsir imkanlarını saxlamağa çalışır. Ona görə də düşünürəm ki, Dohada qısamüddətli anlaşma ola bilər, amma bu, müharibənin bitməsi anlamına gəlməz.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05