"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə hansı məşhurları hədəf aldı?
“Baxıram illərdir sənətinə pərəstiş etdiyimiz elə sənətkarlar var ki, artıq sənətdən getməlidir. Çünki başdan qocalıblar”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “İncəSəhər” verilişində deyib.
Müğənni qalmaqallı açıqlaması ilə diqqəti üzərinə çəkib:
“Yaşlı olmaqla deyil. Əsas odur başdan qocalmayasan. İnsanın nə qədər ki, başı getməyib, sənətini davam etdirə bilər. Vay o gündən ki, başı gedə. Çünki var elə ifaçılar. Baxıram illərdir sənətinə pərəstiş etdiyimiz elə sənətkarlar var ki, artıq sənətdən getməlidir. Çünki başdan qocalıblar. Məni pis başa düşməsinlər. Elə özümə də aiddir. Ola bilər həmin adam özü bunu hiss etməsin. Yaxınları, doğmaları bunu ona deməlidir ki, artıq vaxtdır, mikrofonu qoy yerə. Bəlkə səndən də yaxşı oxuyanlar var, çəkil kənara, qoy indi də onlar oxusun. Zamanı gələndə mən də gedəcəm, mikrofonu yerə qoyacam. Amma indi yox, hələ ki, mikrofonu yerə qoymaq fikrim yoxdur. Çünki hələ enerjim yerindədir”.
Nehru













