Tayvanda güclü zəlzələ

Tayvanın şərqində 4,5 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Çin adasının Seysmoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri sahil zolağında Hualyan şəhərindən 17,1 kilometr məsafədə olub. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Ölənlər və dağıntılar barədə məlumat verilməyib.