Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TƏBİB Yaqut Qarayevanın yeni evlilərin vaksinasiyası ilə bağlı sözlərinə AYDINLIQ GƏTİRDİ - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı yeni evlilərin koronavirus infeksiyasına qarşı peyvənd olunmaları ilə bağlı fikirləri anlaşılmazlıq yaradıb.

Yenicag.az xəbər verir ki, bəzi media quruluşları tərəfindən Yaqut Qarayevanın yeni evlilərə vaksinasiya olunmalarının tövsiyyə edilmədiyini bildirdiyi qeyd edilib.

Məsələ ilə bağlı TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış açıqlama verərək Yaqut Qarayevanın sözlərinin təhrif edildiyini vurğulayıb:

“Hörmətli həmkarlar, sosial şəbəkələrdə gedən müzakirələrdən belə anladım ki, Yaqut Qarayevanın brifinqdəki yeni ailə quran xanımların vaksinasiyası ilə bağlı açıqlaması bəzi Kütləvi İnformasiya Vasitələrində təhrif olunub. Yaqut xanımın fikirlərini olduğu kimi diqqətinizə çatdırıram. Xahiş edirəm, nəzərə alasınız:

“Yeni ailə quranlara vaksinasiya tövsiyə olunurmu? Dünya praktikasına uyğun olaraq yeni ailə qurmamışdan öncə, uşaq planlaşdırılandan öncə ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur. Çünki, sonra hamiləlik dönəmində hər hansı gənc xanımın virusa yoluxması uşağın, dölün inkişafına çətinliklər yaradacaq bir şeylərdir. Ona görə də bunları düşünüb öncədən nəzərə almaq tibbi tərəfdən daha doğrudur”, – deyə Baxış bildirib.

www.yenicag.az

462
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100