!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təbliğat tələbatı yaradır” – MÜNASİBƏT

!Reklam – Yazi

“Sosial şəbəkələrdə ictimailəşən bir mövzu ya aqressiya ilə qarşılanır, ya da məhəl qoyulmur”.

Yenicag.az xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyası (DİP) sədrinin humanitar məsələlər üzrə müşaviri Rövşən Nəcəfov cəmiyyətdə informasiya mədəniyyətinə münasibət bildirərkən deyib.

Rövşən Nəcəfovun sözlərinə görə, cəmiyyətdə fikir müxtəlifliyi olduğu üçün, fikir toqquşmaları da baş verir:
“İcra edilən işlərdə maarifləndirmə aparılmasa, həmin fikir toqquşmaları başqa müstəviyə keçid edir. İnformasiya mübadiləsi aparılmalıdır. Media ilə əməkdaşlıq etmək, fəaliyyət göstərən təşkilatları cəlb etmək və fərdi təşəbbüslərə maraq yaratmaqla mübadilənin gücünü artırmaq olar. Cəmiyyət isə təqdim olunanları sorğu-sual etməlidir. Yəni, cəmiyyət ictimailəşdirməlidir.

Sosial şəbəkələrdə ictimailəşən bir mövzu ya aqressiya ilə qarşılanır, ya da məhəl qoyulmur. Dialoq mədəniyyətinin inkişafı üçün canlı ünsiyyət vacibdir. Azərbaycanda fəaliyyət göstərən televiziyaların rolunu gücləndirmək, yenilik gətirən təşəbbüslərə imkanlar tanımaq lazımdır. İnternet mediası artıq insanların informasiya tələbatını ödəməyi bacarır. Ənənəvi mediadan fərqli olaraq internet mediası cəmiyyətin bütün təbəqələrinin maraqlarından çıxış edir. Ənənəvi media olan qəzetçiliyin inkişafını azaldan oxucu sayıdır və ya oxucunun “rahat” informasiya əldə etmək istəyidir. Media isə cəmiyyətlə, xüsusən gənclərlə işləyən ictimai qruplarla əməkdaşlıq etməlidir.

İstiqamətini ictimai fəaliyyətə bağlamalıdır.
Təbliğat tələbatı yaradır. İctimai fəallığı artırmaq üçün cəmiyyətə müsbət töhfələr verəcək bütün təşəbbüslərin yanında olmalıyıq. Biz, dialoqlar quraraq, təşəbbüslərin yanında olaraq cəmiyyətə müsbət töhfələr verəcək yeni ideyaların ortaya çıxmasına nail olacağıq”.

Yenicag.az

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv