Təbrizdə daha bir memarlıq abidəsi dağılır

media-hightechnic-468x90

Təbrizin mərkəzində yerləşən və şəhərin nadir memarlıq abidələrindən sayılan Fətullayev evi tamamilə uçmaq təhlükəsi ilə üzləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Təbrizin yerli “Azərəncümən” nəşri məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı tarixi evin bərpasına söz versə də, bu vəd yerinə yetirilməyib.

150 il əvvəl, Qacar sülaləsi dövründə 800 kvadrat metr sahəsi olan Fətullayev evi 2005-ci ilin noyabr ayında İran milli əsərlər siyahısına salınıb.

Qeyd edək ki, bir neçə dəfə bərpasına başlanılsa da, mərkəzdən vəsait ayrılmadığına görə işlər yarımçıq qalıb./Kult.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600