!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Təəssüf ki, Azərbaycan mediasında qeyri-peşəkarlar daha çoxdur" - MEDİA-nın şöbə müdiri

!Reklam – Yazi

“Media Reyestrinin formalaşdırılmasında əsas məqsəd jurnalist peşəsinin nüfuzunu qaldırmaqdan ibarətdir”.

Yenicag.az xəbər verir ki, bunu media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə keçirdiyi təlimdə çıxış edən MEDİA-nın şöbə müdiri Natiq Məmmədli deyib.

Onun sözlərinə görə, ölkədə jurnalistlərə etimadın artırılmasına və bu peşənin nüfuzunun qaldırılmasına ehtiyac var:

“Təəssüf ki, Azərbaycan mediasında peşəkarlardan daha çox qeyri-peşəkarlar mövcuddur. Azərbaycanda yaradılacaq Media Reyestri bu vəziyyətin qarşısını alacaq. Ölkədə jurnalistika peşəsinin nüfuzu qalxmalı, jurnalistin yazısına və fikrinə etimad formalaşmalıdır. Bu gün onlayn mediadan istifadə edən istənilən istifadəçi saytda, uzağı, üç saniyə vaxt keçirir. Əgər sayt istifadəçiyə maraqlı gələrsə, bu halda ötəri baxıb keçməyəcək.

Media Reyestrinin formalaşmasında əsas məqsəd jurnalist peşəsinin nüfuzunu qaldırmaqdan ibarətdir. Çünki yüksək ixtisaslı kadrlar Azərbaycan cəmiyyəti üçün çox vacibdir.

Bir neçə gün öncə MEDİA əksər redaksiyalara “Redaksiya siyasəti və peşə etikası qaydaları” adlı şablon sənəd göndərmişdi. Bu sənəd 6 hissədən ibarət idi. Redaksiyalarda gedən müzakirələrdə heyət xəbər və şərh, mənbələrlə işləmə, lazım gəldiyi təqdirdə yayımlanmış xəbərə təkzib verilməsi və düzəliş qaydaları ilə bağlı məlumatlandırılıb, MEDİA tərəfindən ciddi nəzarət edilən müəllif hüquqları məsələsində daha diqqətli davranmağın lazım olduğu bildirilib.

Düşünürük ki, mediadan kənarda ciddi jurnalistika yoxdur. Bu gün dövlət orqanlarının jurnalistlərlə bağlı üzləşdiyi əsas problem onların qurumun mövqeyini öyrənmədən yazını dərc etməsidir. Halbuki jurnalist hansı peşə etikasının nümayəndəsi olduğunu bilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv