“Təəssüf ki, bankların bu sahədəki fəaliyyəti … ”
Prezidentdən özəl banklara gözlənilən xəbərdarlığını şərh etmək üçün millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimliyə müraciət edib, sözügedən məsələ ilə bağlı onun fikirləri öyrənildi:
“Prezidentdən özəl banklara xəbərdarlığı gözlənilən idi. Çünki dövlət başçısı bütün çıxışlarında iqtisadiyyatın şaxələndirilməsi,neftdən kənar sahələrdə real sektorun inkişafına diqqətin atrırılması məsələsini xüsusi qeyd edir. Bu dəfə isə Prezident hər bir rayonda sənaye zonalarının olmasının zəruriliyi və bu işdə dövlətlə yanaşı özəl bankların da rolunun artırılması kimi çox zəruri bir məsələyə toxunub. Doğrudan da bu işdə digər amillərlə yanaşı maliyyə-kredit alətləri vasitəsilə banklar mühüm rol oynaya bilər.Amma banklar necə deyərlər:”öz işindədir” və çox təəssüf ki, bankların bu sahədəki fəaliyyəti prezidentin regionlarda real sektorun maliyyələşdirilməsinin səmərəliliyinin artırılması istiqamətində yeritdiyi siyaətlə üzlaşmır.Banklar üçün fərqi yoxdu,əlindəki öz resurslarıdı, xaricdən cəlb etdiyi resurslardı, yoxsa dövlətin maliyyə resursları,….əsas məqsəd birdir:daha çox gəlir götürmək….
Bəlkə də bazar münasibətləri şəraitində bunu təbii hesab etmək olar.Amma bu üsul banklara verilmiş dövlət maliyyə resurslarına ifrat dərəcədə şamil edilməməlidir.Çünki həmin maliyyə vəsaiti dövlətin olduğundan,ondan istifadə istiqamətləri dövlət siyasətinin prioriterləri ilə uzlaşmalı, banklar isə soygunçu faizlər tətbiq etmək yox, müəyyən gəlir götürməklə sadəcə bu sahədə vasitəçi olmalıdır. Bu baxımdan bankların yeritdiyi siyasət prezidentin real sektora münasibəti və bu istiqamətdəki siyasəti ilə uzlaşması məqbul səviyyədə deyil. Ona görə də prezident tərəfindən banklara edilən xəbərdarlığı haqlı və yerinə düşən xəbərdarlıq hesab edirəm.Bankların əksəriyyətində faiz dərəcələrinin yüksək olması ucbatından,həmin faizlə istehsala kredit qoyulmasına imkan vermir. Bankların təklif etdikləri faizlə kredit alıb, onu istehsala qoyan iş adamı çox ağır duruma düşər….
Yüksək faizli kreditlər istehsalı inkişaf etdirmək üçün yararlı olmadığından,yüksək faizli istehlak kreditlərinə üstünlük verilir.Banklar yüksək səviyyədə formalaşmış xərclərini örtmək və daha çox gəlir götürmək məqsədilə, eləcə də problemli kreditlərdən yaranan itkilərini, aldığı kreditləri vaxtında ödəmə qabiliyyətli, məsuliyyətli vətəndaşların çiyninə qoymaqla onların xeyli hissəsini da pis vəziyyətə salır.Nəticədə əhalinin girovda olan mal-dövləti, avtombilləri, evləri, torpaq sahələri və digər qiymətli zinət şeyləri və mülkləri bankın ixtiyarına keçir.Bu çox təhlükəli tendensiyadır və ciddi sosial problemlər yarada bilər…..
Bununla belə son vaxtlar faiz dərəcələrinin bir qədər aşağı enməsi müşayət olunsa da,Azərbaycanda bank faiz dərəcələri hələ də yüksək olmaqda davam edir.Ona görə də faiz dərəcələrinin nəzərəçarpan dərəcədə aşağı salınmasına və iqtisadiyyatın real sektoruna kredit qoyuluşlarını genişləndirilməsinə nail olmaqdan ötrü, bu cür birtərəfli, fraqment xarakterli xədbirlər yox, kompleks tədbirlərləri özündə əks etdirən islahat paketi hazırlanıb, sistemli şəkildə həyata keçirilməlidir.Bankların soyğunçu faiz siyasətinə son qoymaqdan ötrü obyektiv monitorinqlər aparılmalı,radikal addımlar atılmalı,çox ciddi islahatlar aparılmalıdır.Yəni faiz dərəcələrinin ədalətli həddəcən aşağı düşməsinə təsir göstərə bilən pul-kredit siyasəti həyata keçirilməli, bank sektorundakı sivil bazar münasibətlərinə heç cür uyuşmayan inhisarçılıqdan (əgər bu əcaibliyi həm də inhisarçılıq adlanmıaq mümkündürsə….), müasir dünyanın tələb və çağırışlarından çox uzaq, Azərbaycanın davamlı tərəqqisi üçün təhlükəli və perspektivsiz maliyyə oliqarxiyası modelindən inkişaf etmiş ölkələrin maliyyə sektoru üçün xarakterik olan sivil bazar münasibətlərinin tələbləri əsasında sərbəst fəaliyyətin təmin edilməsi ilə əvəz edilməli, maliyyə-bank sistemində rəqabət mühitinin formalaşmasına, əhalinin və iş adamlarının heç bir problemlə üzləşmədən qanunla müəyyən olunmuş qaydada kreditə əlçatanlılığına xidmət edən zəruri islahatlar həyat keçirilməli,özəl bankların iqtisadiyyatın real sektoruna kredit qoyuluşunu artırmaqdan ötrü zərurri tədbirlər görülməlidir.”