Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi əsasları təhlil edildi

media-hightechnic-468x90

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən ənənəvi III beynəlxalq konfrans çərçivəsində Milli Məclisin deputatı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə qayıdış hüququnun hüquqi və mənəvi əsaslarının təhlilinə həsr olunmuş ilk panel müzakirəsi təşkil olunub.

Yenicag.az xəbər verir ki, çıxış edənlər arasında İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru, professor Yaşar Sarı, fransalı tarixçi Maksim Qeyn, Harvard Universitetinin tədqiqat direktoru Mark Neyton Kramer və İspaniyanın Panavropa təşkilatını təmsil edən professor Karlos Uriarte olub.

Paneldə iştirakçılar beynəlxalq təcrübə fonunda qayıdış hüququnun dövlətlərarası münasibətlərdəki yerini və Ermənistanın üzərinə düşən humanitar öhdəlikləri müzakirə ediblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa