Azərbaycan Vaşinqtonda 31-ci Parlament Təhlükəsizlik Forumunda təmsil olunacaq

media-hightechnic-468x90

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 31-ci Parlament Təhlükəsizlik Forumunda iştirak etmək üçün dekabrın 8-də Vaşinqtona səfər edəcək.

Milli Məclisdən Yenicag.az-a bildirilib ki, Forum çərçivəsində qlobal təhlükəsizlik, parlament nəzarəti mexanizmləri və beynəlxalq təhlükə mənbələri ilə mübarizə kimi mövzular müzakirə olunacaq.

S.Seyidovun burada ABŞ Konqresinin bir sıra üzvləri ilə görüşləri də nəzərdə tutulub.

Səfər dekabrın 12-də başa çatacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa