Qışa hazırlaşırdı, yağışa yaxalandı: Bakı yenə sulara qərq olur

media-hightechnic-468x90

Noyabr ayının ortalarından etibarən paytaxt Bakının qışa hazırlığı ilə bağlı silsilə müşavirlərin keçirilməsi barədə məlumat paylaşılmışdı. Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirə edilməsi olub.

Yenicag.az-ın məlumatına görə, qışa hazırlanan Bakının yağışa hazır olmaması sözügedən hazırlığın hansı səviyyədə təşkil ediləcəyi barədə sual ortaya çıxarıb.

Belə ki, bu gün səhər saatlarından etibarən müşahidə olunan yağışlı hava şəraiti Bakıda gündəlik həyata mənfi təsir edib. Yollarda tıxac yaranıb, bir çox ərazilərdə subasmalar meydana gəlib. Bir neçə saat davam edən yağış Bakıda həyatı dayanma nöqtəsinə gətirdiyi üçün insanlar da bu hava şəraitinin davam edəcəyi təqdirdə, yağışların paytaxtda daha çox problemə yol açacağından narahatdırlar.

Burada xatırlatmaq yerinə düşər ki, ötən ilin oktyabrında “Sabunçu keçidi” adlanan ərazidə iki nəfər boğularaq ölmüşdü. Onların ölüm səbəbi isə su-kanalizasiya sistemlərinin düzgün qurulmaması olub. Vətəndaşlar da haqlı olaraq eyni hadisələrin təkrarlanıb-təkrarlanmayacağı barədə ciddi narahatlıq içindədirlər.

Onu da qeyd etmək laızmdır ki, baş verən hər bir hadisənin səbəbi və səbəkarları var. Səbəbkarlar cəzasız qaldıqda, ehtiyat tədbirlər görülmədikdə analoji hadisələr təkrarlanır və insan itkisi baş verir. Hadisə olduqdan sonra isə hərə öz yaxasını bir tərəfə çəkir, heç kəs özünü məsuliyyətli hesab etmir.

Hər halda, ümid eidrik ki, aidiyyəti qurumlar baş verən faciələrdən dərs çıxarmış olsun. Yoxsa onların “ev tapşırıqları”nı yaxşı yerinə yetirməmələrinin nəticələri ağır olur.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa