"Sağlam informasiya mühiti yalnız peşəkar jurnalistika fəaliyyəti ilə mümkündür" - Əhməd İsmayılov

media-hightechnic-468x90

Müasir informasiya mühitinin sürətlə dəyişməsi dövlətlərlə cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır.

Yenicag.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Gürcüstan Media Forumunun açılışında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan mediası həm tarixi irsinə sadiq qalaraq, həm də qlobal informasiya mühitinin çağırışlarını əsas götürərək Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri, media ekspertləri ilə birgə fikir mübadiləsini zəruri sayır:

“Azərbaycanla Gürcüstan ilk dəfə olaraq birgə media forumu keçirir. Hesab edirik ki, bu, tarixdən güc alan əməkdaşlığımızın növbəti uğurlu mərhələsinin əsasını təşkil edəcək və praktik əhəmiyyəti baxımından ölkələrimizin media mühitinə ciddi töhfə verəcək”.

Ə.İsmayılov bildirib ki, müasir informasiya mühiti sürətlə dəyişir və bu da dövlətlərlə cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır:

“Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformalarının genişlənməsi və informasiya axınının sürətlənməsi medianın məsuliyyətini, peşəkarlıq standartlarını və ictimai etimadda oynadığı rolu daha da artırır. Bu baxımdan, forumun əsas mövzusu xüsusilə aktualdır. Çünki sağlam informasiya mühiti və ona güvənən cəmiyyət yalnız peşəkar jurnalistika fəaliyyətinin və effektiv informasiya təhlükəsizliyi siyasətinin vəhdəti ilə mümkündür”./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa