Xuraman Şuşalıdan QINAQ: "Özünü dartır, bu nə böyüməkdir?"
“Hamısı özünü dartır. Bu nə təkəbbürlülükdür, bu nə böyüməkdir belə?”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Afaqla Onlar” verilişində deyib.
Sənətçi mənəm-mənəm deyən həmkarlarına səslənib:
“Yavaş-yavaş bizim “pokaleniya”da da paxıllıq baş qaldırıb. Hamısı özünü dartır. Nə olub? Həmin qızlarsınız, həmin oğlanlarsınız.
Bu nə təkəbbürlülükdür, bu nə böyüməkdir belə? Bir az da əməliyyat-zad, hamısı burnunu qaldırıb. Hamısı “mən-mən” deyir? Nə olub? Ona görə də yavaş-yavaş düşürlər. Belə təkəbbürlü olmaqla çox uzağa gedə bilməzlər”.
Nehru












