Rusiyada yaşayan azərbaycanlılarla bağlı manipulyasiya: "Heç bir saxta rəqəm mövcud reallığı dəyişə bilməz"

media-hightechnic-468x90

Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə bu ölkədə rəsmi qeydiyyatda olan müxtəlif kateqoriyalı Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 224 397 nəfər təşkil edib. 

Yenicag.az xəbər verir ki, burada xarici vətəndaşların ölkə ərazisində bu və ya digər şəkildə yaşadığı bütün aspektlər – müvəqqəti yaşama icazəsi alanlar, daimi yaşama icazəsi olanlar, müxtəlif kiçik qayda pozuntularına görə “Nəzarət olunan şəxslərin reyestri”nə düşənlər, həmçinin miqrasiya uçotuna duran bütün şəxslər nəzərə alınıb.

Lakin Rusiyada 2010 və 2021-ci illərdə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə əsasən, Rusiya vətəndaşları olan etnik azərbaycanlıların sayı müvafiq olaraq 603 070 və 474 576 nəfər təşkil edib. Bu da göstərir ki, Rusiyada 2 milyon və daha çox azərbaycanlının daimi və ya müvəqqəti yaşadığı barədə iddiaların əsası yoxdur.

Rusiyada yaşayan və işləyən azərbaycanlıların sayı uzun illər müxalifətin, onun orbitində olan QHT-lərin, ekspertlərin, jurnalistlərin və digərlərinin manipulyasiya predmeti olub. Hər bir seçki dövründə guya 2 milyondan artıq azərbaycanlının Rusiyada yaşadığı və onların səslərinin saxtalaşdırıldığı, yaxud insanların ölkədə yaşaya bilməməsi və buna görə də qazanc dalınca Rusiyaya üz tutduğu iddiaları irəli sürülüb. Bundan başqa, Rusiyada yaşayan azərbaycanlıların davamlı şəkildə öz ailələrinə pul göndərməsi əsas gətirilərək bu vəsaitlərin kəsiləcəyi təqdirdə, Azərbaycanda vəziyyətin pisləşəcəyi deyilib. Üstəlik, bu məsələ Rusiyanın Azərbaycana qarşı təzyiq rıçaqlarından biri kimi şərh olunub.

Elə hazırda həbsdə olan AXCP sədri Əli Kərimli də daxil olmaqla, partiyanın funksionerləri, fəalları, digər radikal partiyaların nümayəndələri, müxalifyönlü ekspertlər məsələni manipulyasiya obyektinə çevirib Azərbaycan ictimaiyyətini çaşdırmağa çalışıblar.

Ancaq indi bəlli olur ki, bütün deyilənlər ağ yalandır və hakimiyyətin həyata keçirdiyi siyasəti ləkələmək, ölkədə vəziyyəti olduqca bədbin tonda təqdim etmək məqsədilə uydurulub və şişirdilib.Məsələyə münasibət bildirən QHT sədri, internet-media ekspert Səbuhi Abbasov bu kimi manipulyasiyaların siyasi meydanda alət kimi istifadə olunduğunu deyib.

O qeyd edib ki, xaricdə yaşayan azərbaycanlıların statistikası ikitərəfli qaydada aparılmaqla bəlli və təsdiqlənmiş mənzərə ortaya çıxır:

“Rusiyaya münasibətdə isə bu mənzərə daha çox spekulyativ addımlarla yadda qalır. Hər bir mühüm siyasi proses, seçkilər öncəsi Rusiyada 3-4 milyon azərbaycanlının yaşaması xüsusi olaraq qeyd edilir, qabardılır və bəzi hallarda əsas kimi götürülməyə cəhd edilir. Məsələ burasındadır ki, bu cəhdləri edən şəxs və ya təşkilatlar birmənalı Rusiyanın təsiri altında olanlardır. Onlar Rusiyanın ölkəmiz üzərində guya, dominantlığını təmin edirlər və sırf bu fakta görə başqa yolumuz olmadığını sübuta yetirməyə cəhd edirlər. Bu, absurddur və illərdir, bunun şahidi oluruq.

İkinci məsələ isə prezident, parlament seçkiləri və referendum öncəsi bəlli qrup tərəfindən bu rəqəmlər yenidən masaya gətirilir və Rusiya maraqları ortaya qoyulur. Son 2 ildə baş verən proseslər onu göstərdi ki, artıq heç bir qüvvə, heç bir saxta rəqəm gündəliyi, mövcud reallığı dəyişə bilməz. Bütöv Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həm regional, həm də qlobal səviyyədə yeni reallıqlar ortaya qoyub. Bu reallıqları qəbul edənlər udacaq, etməyənlər isə məhvə məhkumdurlar. 200 min soydaşımızın sayını 3 milyon edib, bunu təzyiq mexanizminə çevirmək, yumşaq desək, əxlaqsızlıq və şərəfsizlikdir. Siyasətdə bu kimi mübarizələr tarixin dərin keçmişində qalıb. İndiki reallıqlarda ən əsas əldə edilən məlumatlar statistik məlumatlardır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa