Təhdid altında Konstitusiya islahatı: “2020-ci ildə baş verən hadisələr...” – Prezident “arqument”i
Belarus hakimiyyəti “dövrün tələbi” əsasında Konstitusiya islahatına gedir.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə danışan Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyət qolları arasında səlahiyyətlərin yenidən müəyyələşdiriləcəyini deyib.
Lukaşenkonun sözlərinə görə, ölkə Konstitusiyasının dəyişdirilməsi zərurəti 2020-ci ildə keçirilmiş prezident seçkilərindən sonra yaranmış vəziyyətdən qaynaqlanır.
O bildirib ki, Konstitusiya dəyişiklikləri ölkənin siyasi sistemində harmoniyanın təmin edilməsi üçün dövlət hakimiyyəti orqanları haqqında müddəaları əhatə edəcək.
Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərdə prezident, parlament və hökumətin səlahiyyətlərı yenidən bölüşdürüləcək.