Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tehran Mənsimov ordudan uzaqlaşdırılıb? - Populyar komandirlə bağlı ilginc xəbər

44 günlük savaşda xüsusi fərqləndiyi və Şuşanın alınmasında müstəsna rol oynadığı deyilən Naxçıvan xüsusi təyinatlılarının komandiri polkovnik Tehran Mənsimovun ordudan təxris edildiyi haqda məlumat yayılıb.

Yenicag.az Ovqat.com-a istinadən xəbər verir ki, onun yerinə artıq Haqverdi Dadaşov adlı bir hərbçi də təyin edilib.

Tehran Mənsimov bu savaşda qazanılan zəfərlə əlaqədar ölkə başçısının təltif etdiyi hərbçilər arasında da yoxdur və Zəfər Paradında da iştirak etməyib.

Yayılan məlumata görə, Tehran Mənsimov əmrə tabe olmadığı səbəb göstərilərək ordudan uzaqlaşdırılıb. Onun savaş zamanı Xankəndiyə girdiyi və yuxarı komandanlığın geri çəkilmək əmrinə tabe olmaq istəmədiyi, indi də buna görə cəzalandırıldığı deyilir. Başqa bir səbəb kimi isə onun cəbhədən foto və video çəkilişlər yayması göstərilir.

www.yenicag.az

5722