!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehran xarici siyasətini DƏYİŞİR? – “İranda siyasi proseslər aktivləşəcək”

!Reklam – Yazi

“Hazırkı idarəetmə İranın xarici siyasətində dəyişiklik olmasına imkan vermir”.

Bu fikri Yenicag.az-a açıqlamasında İran prezidentinin qəzada həlak olmasından sonra rəsmi Tehranın siyasətindən ehtimal olunan dəyişiklikləri dəyərləndirən politoloq Yusif Bağırzadə səsləndirib.

Yusif Bağırzadənin sözlərinə görə, İranın xarici siyasətində köklü dəyişiklik olmayacaq.

“Azərbaycanla İran arasında münasibətlərin yüksəlməsi prosesi gedir. İranla Azərbaycan arasında böyük layihələrin, kommunikasiya xətlərinin açılması yönündə işlər görülürdü və bunlar davam edəcək”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, 2015-c ildə ABŞ və Qərb ölkələri ilə İran arasında atom sənayesi ilə əlaqədar anlaşma oldu:
“Həmin tədbir zamanı İranın xarici işlər nazirinin bir bəyanatı olmuşdu. Bəyanatla bağlı açıqlama verən Xamneyi dedi ki, İranın xarici işlər naziri, hətta prezidenti heç nəyi müəyyənləşdirmir. Bu məsələlər dini lider və məclis səviyyəsində həll olur. Hazırkı idarəetmə imkan vermir ki, İranın xarici siyasətində dəyişiklik olsun. Ola bilsin, İranda siyasi proseslər aktivləşəcək. Mərhum prezident Rəisi konseravotlar qolunun aparıcı nümayəndələrindən biri idi. Fərziyələr var ki, Xamneyinin oğlu prezident olacaq, bu da inandırıcı deyil. Hətta deyərdim ki, onun namizədliyi belə, verilməyəcək.

Rəisi ərəb dövlətləri ilə yaxınlaşma prosesi başlamışdı. Rəisinin əsas hədəfi Çinlə yaxınlaşma idi. Hesab edirəm ki, Azərbaycanla İran arasında yaxınlaşma prosesi davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv