!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehrana gedən yol Moskvadan KEÇİR? – “Əsas maneə Trampın İrana qarşı “maksimum təzyiq” siyasətidir”

!Reklam – Yazi

“Əgər İran-ABŞ arasında yeni detent (beynəlxalq gərginliyin azaldılması – red.) baş verərsə və Putin Trampa qarşılıq olaraq vasitəçilik edərsə, bu, Qərbi Avrasiyanın geosiyasətini dəyişdirə və yeni geoiqtisadi imkanlar aça bilər”.

Bunu Yenicag.az-la söhbətində Rusiyada yaşayan amerikalı politoloq Endryu Koribko deyib.

Analitik Rusiyanın təcridetmə siyasətindən çıxıb İran-ABŞ danışıqlarında vasitəçi olması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

E. Koribko xatırladıb ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın ABŞ və İran arasında dialoqa dəstək verməyə hazır olduğunu açıqlayıb:

“Bu yaxınlarda “Bloomberg” nəşri də yazmışdı ki, Tramp fevral ayında Putindən bu məsələdə kömək istəyib və onların nümayəndələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu barədə müzakirələr aparıblar. Rusiya-ABŞ arasında yaranan yeni detent fonunda Moskva İran və Vaşinqton arasında vasitəçilik etməklə, Ukrayna münaqişəsinin həllində ABŞ-nin köməyinə qarşılıq vermək, cənub sərhədlərində müharibə riskini azaltmaq və Birləşmiş Ştatların diqqətini öz sərhədlərindən yayındırmaq istəyir”.

Siyasi təhlilçi əmindir ki, Putin İran rəhbərliyini Trampın siyasətinə açıq olmağa inandıra bilər:

“İsrail də bu prosesdə maraqlı ola bilər, çünki Baş nazir Benyamin Netanyahu Putinə güvənir və ABŞ-nin İranla danışıqlarına Rusiyanın vasitəçiliyinin daha faydalı ola biləcəyini düşünə bilər. Lakin əsas maneə Trampın İrana qarşı “maksimum təzyiq” siyasətidir. İran prezidenti Məsud Pezeşkian da güzəştə gedə bilər, çünki ölkəsi son “Hizbullah” və HƏMAS-ın apardığı müharibələrdən sonra xeyli zəifləyib. O, həmçinin ABŞ-nin sanksiyaları qismən yumşaltması və ya enerji əməkdaşlığı imkanlarını nəzərə ala bilər”.

Mütəxəssisin qənaətinə görə, əgər bu yeni detent gerçəkləşərsə, Trampın əsas məqsədi İranı yeni nüvə sazişinə razı salmaq, raket proqramını məhdudlaşdırmaq və “Müqavimət oxu”ndan uzaqlaşdırmaq olacaq:

“Bu, həm də İsrail və Səudiyyə Ərəbistanının təhlükəsizlik narahatlıqlarını azalda bilər. Fikrimcə, sözügedən geosiyasi dəyişikliklər beynəlxalq münasibətləri yenidən formalaşdıra və qlobal sistemin multipolyar quruluşa keçidini sürətləndirəcək”.

Rafi Müslümov

www.yenicag.az

112
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv