Tehrandan səfirliyimizə hücumla bağlı gülünc açıqlama

media-hightechnic-468x90

Azərbaycan səfirliyinə hücum edən şəxs şəxsi motivləri əsas gətirib.

Yenicag.az  xəbər verir ki, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu şərh edərkən deyib.

İlkin məlumatlara görə, təcavüzkar iki azyaşlı uşaqla səfirliyə daxil olub. Dindirilərkən o, şəxsi və ailə problemlərinə görə hücum etdiyini bildirib.

Qeyd edək ki, bu gün saat 8:30-da Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edilib. Hücum nəticəsində səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa