Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil Nazirliyi və DİM-dən GÖZLƏNİLMƏZ QƏRAR: “Bu ixtisasların digər qrupa keçirilməsi...” - EKSPERT

“III qrupu seçən abituriyentlərin müəyyən qismi riyaziyyat fənnindən qorxduğu üçün məhz həmin qrupa üstünlük verirlər”.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə hazırladığı qərara uyğun olaraq 2021-ci ildən etibarən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil ediləcək.

Qeyd olunan dəyişikliyi Yenicag.az-a şərh edən təhsil eksperti Adil Vəliyev bunu doğru addım kimi qiymətləndirib:

“Əvvəl onu qeyd edim ki, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları əvvəllər III qrupda olsa da, daha sonra II qrupa keçirilmişdi. III qrupda ixtisas sayı az, abituriyent sayı isə çoxdur. Bu hal keçid ballarına və III qrupda tələbə adını qazanmaq istəyən abituriyentlərin sayının az olmasına da kifayət qədər təsir edir.

III qrupu seçən abituriyentlərin müəyyən qismi riyaziyyat fənnindən qorxduğu üçün məhz III qrupa üstünlük verirlər. Çünki uzun illərdir ki, I və II qrupda riyaziyyat fənni olduğu üçün abituriyentlər əsasən başqa qruplara meyl edirlər. Hazırda “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının II qrupda olması və abituriyent sayının ixtisas sayına nisbətdə az olması fonunda ixtisasların keçid balı hər zaman 200 bal ətrafında olub və hər il 3 min – 4 min yer boş qalır.

Qeyd olunan ixtisasların III qrupa keçirilsi doğru qərardır. Əsas vacib məqam ondan ibarətdir ki, bütün qruplar üzrə ixtisaslarda əmək bazarı və beynəlxalq təcrübələr nəzərə alınmalıdır. Bu halda yeni ixtisaslar artacaq və tələbə məzun olduqdan sonra işsizlikmproblemi ilə üzləşməyəcək. Yəni bitirdiyi ixtisas üzrə iş tapmaq imkanları daha da artacaq”.

Gülşən Şərif

www.yenicag.az

2499