Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

Təhsil Nazirliyi şagirdlərin 2020-2021-ci tədris ili üzrə planlaşdırılan payız tətili ilə bağlı açıqlama verib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, noyabrın 16-dan orta məktəblərdə şagirdlərin 5 gün payız tətili olmalı idi. Lakin oktyabrın ortalarında pandemiya ilə əlaqədar şagirdlərə noyabrın 2-dək iki həftəlik tətil verildiyindən noyabrın 16-dan payız tətili olmayacaq.

Noyabrın 16-dan şagirdlər distant formada təhsillərini davam etdirəcəklər.

Nazirlik tərəfindən iki həftəlik tətil verilən zaman onun kompensasiya ediləcəyi açıqlanmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa