Təhsil Nazirliyinə qarşı daha bir İTTİHAM: “Formal xarakter daşıyır” - VİDEO

media-hightechnic-468x90

“Bir ekspert qrupunun rəyi ilə ortaya keyfiyyətli dərslik çıxarmaq olmaz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Təhsil Nazirliyinin müəllimləri, ziyalıları və valideynləri dövlət ümumtəhsil müəssisələri üçün hazırlanan dərslik layihələrinin müzakirəsinə qatılmaq çağırışına münasibət bildirən ekspert Kamran Əsədov deyib.

Kamran Əsədovun sözlərinə görə, Təhsil Nazirliyinin bu təşəbbüsü formal olduğu qədər də, qeyri-ciddidir: “İctimai müzakirələr zamanı rəy, irad və təkliflər onsuz da, müəlliflər tərəfindən qəbul edilmir. Nəticədə qüsurlu dərsliklər təhsil müəssisələrinə daxil olur. Yarımçıq hamiləlikdən dünyaya gələn uşaq təbii ki, anormal olacaq. Dərsliklərin müzakirəsi üçün bir ay vaxt qoyublar. Dərslik yazmaq üçün iki-üç il lazımdır. Eyni zamanda, bu məsələ dəfələrlə müzakirə olunmalıdır. Bir ekspert qrupunun rəyi ilə ortaya keyfiyyətli dərslik çıxarmaq olmaz”.

Daha ətraflı videonu təqdim edirik.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600