Təhsildən bixəbər NAZİR – “Bu direktorların arxasında elə güclü tapşırıqlar var ki...”

media-hightechnic-468x90

“Əvvəlki brifinqdə nazir Emin Əmrullayev bildirmişdi ki, həmin direktorlar işdən azad olunub. Lakin sonradan məlum oldu ki, onlar məzuniyyətdədir və buna görə də işdən azad edilə bilməzlər. Daha sonra üzə çıxdı ki, bu direktorların arxasında elə güclü tapşırıqlar var ki, onları işdən çıxarmaq Emin Əmrullayevin səlahiyyətində deyil”.

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Mütəxəssis ötən gün elm və təhsil naziri Emin Əmrullayevin yeni tədris ilinə dair keçirilən brifinqdə məktəb direktorları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Mütəxəssisin sözlərinə görə, bütün faktlar göstərir ki, nazir təhsil sistemini idarə etmək gücündə deyil:

“Hətta səsləri və videoları yayılan məktəb direktorlarını belə işdən azad etmək iqtidarında olmayan bir nazirin gücsüzlüyü onun yetərsizliyini nümayiş etdirir. Bunun nəticəsi olaraq təhsil sistemində neqativ hallar kütləvi xarakter alır və bu da ümumilikdə təhsilimizin adına yaraşmayan bir vəziyyət yaradır”.

Onun sözlərinə görə, bu gün məktəblərdə baş verənlər göstərir ki, bəzi direktorlar arxalandıqları gücdən istifadə edərək müəllim və işçiləri basqı altında saxlayır, qanunsuz əməllərə yol verirlər:

“Bu isə təhsil sisteminin idarəetmə orqanlarının iflic vəziyyətində olduğunu sübut edir. Onun acı nəticəsi də hazırkı böhranlı mənzərədir. Bir daha qeyd edilməlidir ki, nə qədər ki, təhsil sistemində biznes maraqları ilə hərəkət edən şəxslər idarəedici mövqelərdə qalacaq, vəziyyət bu cür ağır olacaq. Təhsil sisteminə yalnız təhsillə bağlı, bu sahəyə sadiq insanlar gəlməlidir. Yalnız bundan sonra təhsil sistemində əlavə dəyişikliklər və müsbət nəticələr mümkündür”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa