“Təkamül” İB psixo-sosial reabilitasiya layihəsinə start verir
“Təkamül Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Şəhid ailələri və müharibə iştirakçıları ailələrindən olan uşaqlar üçün psixo-sosial reabilitasiya” adlı layihənin icrasına başlayır. Layihə “Konstitusiya və Suverenlik” mövzusuna həsr olunub.
Layihənin məqsədi 44 günlük Vətən müharibəsi zamanı zərər çəkmiş ailələrin üzvlərinə, xüsusilə də uşaqlara, psixo-sosial dəstəyin göstərilməsidir. Bu məqsədlə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən icma mərkəzində xüsusi fəaliyyətlər təşkil ediləcək.
Layihə çərçivəsində yaradılacaq psixo-sosial mərkəzdə bir sıra inkişafyönlü proqramlar həyata keçiriləcək. Buraya rəssamlıq dərnəyi, “Gənc ekoloq” klubu və psixoloji dəstək üzrə təlimlər daxildir. Bu fəaliyyətlər uşaqların psixoloji yükünü azaltmaq, tənqidi və yaradıcı düşüncələrini inkişaf etdirmək, gələcək hədəflərinin formalaşmasına dəstək olmaq və milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək məqsədi daşıyır.
“Təkamül” İctimai Birliyi inanıır ki, layihə vasitəsilə bu kateqoriyadan olan uşaqların sosial inteqrasiyası sürətlənəcək, onların cəmiyyətə sağlam və dəyərli fərd kimi adaptasiyası təmin olunacaq.