!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təkrar qeydiyyat prosesi və YENİ DÖNƏM: “Proseslərin inkişafı bizdən yox, hakimiyyətin atacağı...”

!Reklam – Yazi

“Dövlətin güclənməsi və daxili immunitetin yaranması üçün siyasi rəqabətlilik olmalıdır”.

Bu fikirləri siyasi proseslərin mümkün inkişaf yönü barədə danışan təkrar qeydiyyatdan keçmiş AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təkrar qeydiyyatdan keçən partiyalar mövcud qanunvericilik əsasında öz proqram və nizamnamələrini yeniləməlidirlər:

“Açığı, bizim bu barədə nəsə deməyimiz uyğun olmazdı. Çünki bu istiqamətdə gedişat partiyalardan deyil, hakimiyyətin siyasi iradəsindən asılı olan məsələdir. Yeni qanun qəbul edilib, onun işləkliyinin təmin olunması, partiyaların cəmiyyətdə rolunun artırılması və onların dövlət idarəçiliyində iştirakı, dediyim kimi, hakimiyyətin siyasi iradəsindən asılıdır.

Digər tərəfdən, belə düşünürəm ki, əgər partiyaların üstünə bu qədər düşülürsə, onların qarşısına təkrar qeydiyyat və reyestr tələbləri qoyulursa, deməli, dövlət bu sahənin əvvəlki qaydada qalmasını istəmir. Əks halda, məlum dəyişikliklərə də ehtiyac qalmazdı. Hər halda, hakimiyyətin müəyyən görüşünün olduğunu deyə bilərik. Ümidvaram ki, proseslər müsbət istiqamətdə gedəcək.

Siyasi partiyaların dövlət idarəçiliyində iştirakı vacibdir. Dövlətin güclənməsi və daxili immunitetin yaranması üçün siyasi rəqabətlilik olmalıdır. Əks halda, meydanda yenə sadəcə özləri qalacaq. O baxımdan, hələ ki gözləyirik.

Təkrar qeydiyyatdan keçən partiyalar mövcud qanunvericilik əsasında öz proqarum və nizamnamələrini yeniləməlidirlər. Fikrimcə, növbəti parlament seçkilərindən çox şey asılı olacaq. Əvvəlkilərlə müqayisədə demokratik və şəffaf seçkilər keçiriləcəksə, bu artıq nədənsə xəbər verəcək. Bu mənada, hakimiyyətin siyasi iradə faktorunu bir daha xatırladıram”.

A.Zeynalov

www.yenicag.az

1475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv