Teleaparıcı yeni verilişi ilə ekranlarda

media-hightechnic-468x90

anar_necefli_000Tanınmış televiziya jurnalisti Anar Nəcəfli yeni verilişlə ekranlara qayıdır. Bir müddət efirdən uzaqlaşan A.Nəcəfli fəaliyyətini Azad Azərbaycan Televiziyasında (ATV) davam etdirəcək. Hamının ekrandan “Xəbərlər”in aparıcısı kimi tanıdığı Anar Nəcəfli bundan sonra müəllif proqramı ilə çıxış edəcək. Məlumatı telejurnalistin özü verib:

”Çərşənbə günü saat 22:30-da ATV-də “Səninləyəm Azərbaycan” verilişi ilə görüşünüzə gələcəm” – deyə o, bildirib.

A.Nəcəfli bundan əvvəl ANS və “Xəzər” televiziyalarında çalışıb. O, xüsusilə “Xəzər”in xəbərlər proqramının əsas buraxılışının aparıcısı kimi daha çox tanınmışdı.

2014-cü ilin fevralında isə “Xəzər” TV-dəki 7 illik faəliyyətinin ardından bu telekanaldan ayrılmışdı.

(modern.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa