Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq

media-hightechnic-468x90

Tələbə təqaüdlərinin artırılması nəzərdə tutulur. 

Yenicag.az Milli.Az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirir ki, təqaüdlərin 15-20 faiz artırılması proqnazlaşdırılır.

“Tələbələrin ehtiyacları çoxdur. Bəzilərinə yataqxana xərcləri, komunal ödənişlər və digər ödənişlərdə tələbə təqaüdü dəstək olur. Əlaçılar 200, zərbəçilər 175, adi təqaüd alanlar təxmimən 145 manat təqaüd alma imkanı əldə etmiş olarlar”.

Bəs artım kimlərə şamil olacaq?

Ekspertin sözlərinə görə, artım tək universitet tələbələrinə deyil, həm də peşə təhsili üzrə və orta ixtisas təhsil müəssələrində təhsil alan tələləbələrə, masterlərə, doktorantura pilləsində təhsil alanlara aiddir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu il dövlət büdcəsindən təhsilə 5 milyard ayrılıb. Təqaüdlərinin artırılması ilə bağlı məsələ hökümətin diqqətindədir. Lakin təqaüdlərin tam olaraq nə vaxt artırılacağı tarix məlum deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600