!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbələrin yataqxana problemi – Nə zaman öz həllini tapacaq?

!Reklam – Yazi

“Bu gün nəinki gənclər, eyni zamanda onların valideynləri də yataqxana ilə bağlı həqiqətən də əziyət çəkir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında tələbələrin yataqxana problemi barədə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün təhsilimizin qarşısında duran ən mühüm məsələlərdən biri yataqxana probleminin həllidir:

“Biz bu məsələni ən qısa zamanda həll etməliyik. Bu məsələni köklü şəklində həllinə çalışmalıyıq. Bu gün nəinki gənclər, eyni zamanda, onların valideynləri də yataqxana ilə bağlı həqiqətən də əziyyət çəkir. Bu prosesdən ciddi şəkildə narahatlıq keçirirlər”, – deyə o bildirib.

Deputat vurğulayıb ki, sosial yataqxanalar yaradılmalı, müxtəlif universitetlərin nəznində bu işlər görülməlidir.

“İlk növbədə universitetlər özləri bu prosesdə maraqlı olmalıdır. Həm təhsil haqqı, həm yataqxana, həm də digər bütün xərcləri üst-üstə gəldikdə artıq burada ciddi bir vəsaitdən söhbət gedir. Bəzən bu təhsilin keyfiyyətinə də çox ciddi şəkildə təsir göstərə bilir. Əsas çıxış yolu isə yataqxanaların yenidən qurulması və yaradılmasıdır. Bildiyimiz kimi, yataqxanaların əksəriyyətində məcburi köşkünlər məskunlaşıb. Hesab edirəm ki, onlar öz torpaqlarına qayıtdıqdandan sonra yataqxanaların yenidən bərpa olunması bir prioritet məsələ kimi qarşımızda dayanacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

110
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv