!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telefon dələduzluğunda istifadə edilən TAKTİKALAR – Hansı vasitələrlə qorunmaq lazımdır?

!Reklam – Yazi

“Dələduzluq zamanı süni intellektin təqdim etdiyi imkanlarla yanaşı, klassik qaydada hər hansı ssenarilər uydurula bilər və vətəndaşlardan talama yolu ilə pullar alınna bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son dövlərdə artan dələduzluq halları, onların əl atdığı müxtəlif üsullar və bu zaman atılması lazım olan addımlar haqda danışan İnformasiya İT üzrə mütəxəssis Fərhad Mirəliyev deyib.

Onun sözlərinə görə, həqiqətən də son dövrlər də mobil telefon vasitəsilə həyata keçirilən dələduzluq hallarının sayı artıb.

“Bu zaman istifadə olunan ən əsas alətlərdən biri süni intellekt əsaslı alətlər hesab olunur. Dələduzluq zamanı süni intellektin təqdim etdiyi imkanlarla yanaşı, klassik qaydada hər hansı ssenarilər uydurula bilər və vətəndaşlardan talama yolu ilə pullar alına bilər”, – deyə o bildirib.

Dələduzluq metodlarını izah edən mütəxəssis əlavə edib ki, insanlara zənglər olunur və bu zaman onların yaxınlarının hər hansı hadisə ilə üzləşməsi, hər hansı bir bədbəxt hadisəni baş verdiyi və onlara təcili pul vəsaitinin lazım olduğu bildirilir.

“Əgər vətəndaş bu xəbəri eşitdikdən sonra emosional davranır, panikaya düşürsə və dərhal rasional qərar verməkdə çətinlik çəkirsə, o zaman ondan pul istənilir və pulun götürülməsi üçün həmin şəxsin yanına bir kuryer göndərilir”, – deyə vurğulayıb.

F.Mirəliyev qeyd edib ki, bu zaman süni intellekt əsaslı alətlərdən də istifadə olunur:

“Bu zaman zərər çəkdiyi iddia olunan şəxsin də səsi dələduz tərəfindən saxtalaşdırılır, yəni eynisi təqlid olunur və həmin şəxs öz valideyni, qohumu ilə danışanda həqiqətən də onun başına hər hansı bədbəxt hadisənin gəlməsi, ona təcili pul vəsaitinin tələb olunması və bunun üçün kuryer göndərəcəyini bildirir. Daha inandırıcı olması üçün mobil telefon sanki yaxınlıqda olan həkim yaxud da polis əməkdaşına ötürüldüyü halları da var ki, hər hansı başqa səslərlə dələduzlar qarşı tərəfi inandırmağa çalışırlar”.

Mütəxəssis əlavə edib ki, bütün bu hallara qarşı mübarizə aparmaq üçün vətəndaşlara tövsiyə olunur ki, ayıq-sayıqlığı itirməsin, etirbardan sui-istifadə etməyə imkan verməsinlər:

“Bu cür zənglər gələn zaman soyuqqanlı davransınlar və emosional hislərə qapılmayaraq qərarlar versinlər. Hər hansı bir maddi vəsaitin istənilərsə bu zaman vəsaitin nə üçün, kimin istədiyini, hansı ünvana gedəcəyini kimlər tərəfindən aparılacağını dəqiqləşdirsinlər. Başına bədbəxt hadisə gəldiyi iddia olunan şəxsə də ilk növbədə zəng etmək məqsədəuyğun olar. Dələduzluq ilə rastlaşan şəxslər həmişə hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər və istintaq tədbirləri çərçivəsində bu cür şəxslərin axtarışa verilərək, tapılması üçün tələb olunan addımlar icra edilir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv