Rusiya silahlanma yarışını KƏSKİNLƏŞDİRİR - NATO çətin durumda

media-hightechnic-468x90

“Sarmat”, “Burevestnik”, Poseydon” kimi silahların döyüş arsenalına daxil edilməsi dünya miqyasında silahlanma yarışını daha da kəskinləşdirə bilər”.

Bu fikri Rusiya prezidenti Vladimir Putinin “Sarmat”, “Poseydon”, “Burevestnik” raketləri ilə bağlı səsləndirdiyi fikirlər və bunun dünyada yarada biləcəyi problemləri Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-7c12af9f8cf5a872142e70da4868d395

O bildirib ki, Rusiya bu silahların təqdimatı ilə həm də geosiyasi mesaj verir:

“Rusiya Prezidenti Vladimir Putinin son açıqlamaları beynəlxalq hərbi-siyasi dairələrdə geniş rezonans doğurub. O bildirib ki, nüvə enerjisi ilə işləyən “Burevestnik” qanadlı raketlərinin seriyalı istehsalına başlanılır və yaxın illərdə – 2026-cı ildən etibarən ağır qitələrarası ballistik raket “Sarmat” Rusiya ordusunun arsenalına daxil ediləcək. Bu bəyanat, təkcə Rusiya üçün deyil, bütün dünya üçün strateji və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

“Burevestnik” qeyri-adi xüsusiyyətlərə malik bir silahdır. O, nüvə enerjisi ilə işlədiyinə görə, demək olar ki, limitsiz məsafə qət edə bilər. Trayektoriyasını dəyişmək, gözlənilməz istiqamətlərdən hədəfə yaxınlaşmaq bacarığı onu istənilən hava hücumundan müdafiə sisteminə qarşı demək olar ki, toxunulmaz edir. Raketin bu xüsusiyyətləri strateji balansı dəyişə və NATO ölkələrinin təhlükəsizlik sistemlərini köhnəlmiş vəziyyətə sala bilər”.

Rövşən Məhərrəmov bildirib ki, “Sarmat” isə Rusiya silahlı qüvvələrinin yeni nəsil ağır qitələrarası ballistik raketidir:

“O, çoxsaylı nüvə başlıqları daşımaq qabiliyyətinə malikdir və minlərlə kilometr məsafəyə yüksək dəqiqliklə zərbə endirə bilir. Rusiya bu raketi “Satan” (SS-18) raketlərinin əvəzinə hazırlayıb və onu “dünyanın ən güclü raketi” adlandırır.

Bu silahların döyüş arsenalına daxil edilməsi dünya miqyasında silahlanma yarışını daha da kəskinləşdirə bilər. ABŞ və NATO artıq yeni müdafiə sistemləri üzərində iş aparır, lakin “Burevestnik” kimi silahlara qarşı effektiv sistemlərin yaradılması zaman və resurs tələb edir. Bu isə beynəlxalq münasibətlərdə gərginliyi artırır, nüvə qarşıdurması qorxusunu gücləndirir.

Rusiya bu silahların təqdimatı ilə həm də geosiyasi mesaj verir. Moskva göstərmək istəyir ki, Qərbin sanksiyalarına və təzyiqlərinə baxmayaraq, hərbi-texniki inkişaf dayanmayıb. Bu, həm daxili auditoriya, həm də beynəlxalq aləmdə güc nümayişi kimi qiymətləndirilməlidir”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa