"Zəngəzur dəhlizi bu yola rəqib deyil" - Şoyqu
Zəngəzur dəhlizi və Şimal-Cənub dəhlizi rəqib deyil.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Məncə, hər iki yolun təkcə mövcud olmaq hüququ yox, həm də Azərbaycanı onun regionları ilə birləşdirmək və ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizləri yaratmaq hədəfi var. Burada pis bir şey görmürəm və heç bir rəqabət yoxdur. Rusiya çox inkişaf etmiş nəqliyyat şəbəkəsinə malik nəhəng bir ölkədir və istənilən yol həmişə yaxşıdır”, – o bildirib./axar.az












