Telefon keçirmək cəhdi baş tutmadı-FOTO

media-hightechnic-468x90

307679_3Cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Namiq Oqtay oğlu Səmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 2, korpus 46, ev 295 ünvanında yaşayan vətəndaş Hafiz İslam oğlu Əbiyevin gətirdiyi sovqata baxış keçirilən zaman, 4 ədəd plastmas qabda olan maye halında şokaladın işərisində gizlədilmiş 6 ədəd Nokia markalı mobil telefon aparatları və onlara məxsus olan 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.(trend)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600