Telefon mağazasını yaran şəxs saxlanılıb

media-hightechnic-468x90

63891Bakıda daha bir oğurluq faktının üstü açılıb.

Oktyabrın 30-da paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini Bəhram Nəsibliyə məxsus mağazadan qapını sındırmaq yolu ilə 4 ədəd mobil telefon oğurlanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Məmmədov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 30-da Məhəbbət Rzayevin cibindən 280 manat, Bakı şəhər sakini Yura Taralovla birgə Sərxan Sabirova məxsus mağazadan 60 manat və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Y.Taralov tutulub. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600