!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telefonu gecə vaxtı şarj etmək təhlükəlidir

!Reklam – Yazi

Gecə vaxtı şarjda qalmış smartfonun akkumulyatoru daha tez sıradan çıxır. Bu haqda “Business Insider” nəşri yazıb.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, tamamilə enerji ilə doldurulmuş cihazın şəbəkə adapterinə qoşulu qalması batareyanın kimyəvi tərkibinin daha sürətli dəyişilməsinə səbəb olur ki, bu da onun istismar müddətinə mənfi təsir göstərir.

“BatterieIngenieure” şirkətinin nümayəndəsi Dominik Şulte iddia edir ki, bütün əsas istehsalçıların smartfonlara əlavə müdafiə quraşdırmasına baxmayaraq, akkumulyatorun sıradan çıxması baş verir.

“Google”un nümayəndəsi “Business Insider” nəşrinə deyib ki, batareya istehsalı və optimallaşdırılması üzrə müasir texnologiyanı nəzərə alsaq, bu tezis köhnəlib. “Smartfonun akkumulyatoru 100% enerji topladıqda, enerji doldurma qurğusu cərəyanın verilməsini dayandırır” – korporasiyanın nümayəndəsi izah edib.

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv