“Yəqin baxırlar ki, kütlə daha çox “YouTube”da “partladan”, trendə düşən, daha çox toylara gedən müğənnilərə maraq göstər”.
Bu sözləri tanınmış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib.
Efirlərə az-az dəvət alan prodüser giley-güzarını da bölüşüb:
“Bu gün bir çox adamlar nəinki televizora baxmır, hətta çoxu televizorunu satıb, telefon alır. İndi sosial şəbəkələr, ən çox da “TikTok” platforması televiziyadan daha populyar və effektlidir.
Televiziyaların özləri vəziyyəti düzəltmək üçün nəsə etməlidirlər. Formatda dəyişikliklər olmalıdır. Efirlərə əsl sənətkarlar çağırılmalıdır. Məni çağırmırlar, heç incimirəm də…
Durub kiməsə heç zəng də etmirəm ki, məni niyə çağırmırsız… Eybi yox, mən prodüserəm, çağırmayın, heç olmasa, əsl sənət xiridarlarını – müğənniləri, bəstəkarları çağırın.
Yəqin baxırlar ki, kütlə daha çox “YouTube”da “partladan”, trendə düşən, daha çox toylara gedən müğənnilərə maraq göstərir. O səbəbdən, bəlkə də bunu məcburiyyətdən edirlər. Nəticədə isə sənət də məhv olub gedir. Bacarsaq qarşısını alıb, sənəti dirildə biləcəyik, alınmasa, sənət məhv olub gedəcək”.
Cəvahir
www.yenicag.az