Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Televiziya rəhbərinin kimdən xoşu gəlmirsə…” – Ekspertlər efir qadağasından danışdı

“Efir qadağası deyilən rəsmi bir prosedur yoxdur. Sadəcə, televiziya və radio rəhbərliyi öz şəxsi düşüncələri əsasında belə qərara gələ bilər ki, bu və ya digər adamlar indiki halda maraqlı deyil”.

Sfera.az-a açıqlamasında bu sözləri bəzi mədəniyyət xadimlərinin AzTv-də efirə buraxılmamalarından hiddətlənməsi, eyni zamanda sözügedən kanalda bir sıra deputat və partiya sədrləri üçün də anoloji qadağanın olması barədə dolaşan məlumatlara aydınlıq gətirərkən “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib:

“Efirə kimisə dəvət edib-etməmək televiziya rəhbərliyinin öz işidir. Həmin səbəbdən kimlərinsə efirə dəvət edilməməsində başqanüans axtarmaq lazım deyil. Burada kiməsə hansısa bir rəsmi qadağanın olduğu barədə fikir yürütməkdoğru deyil. Hər bir kanalın rəhbərliyi var. Onlar kimisə lazım bilmir və dəvət etmirlər. Bu kimi hallar İctimai Televiziya olsa, bir söz demək olardı. AzTV isə dövlət televiziyasıdır. Onun öz siyasəti var, yəqin ona görə də dəvət etmirlər. Özümə gəldikdə, indi , 2-3 aydır ki, AzTV-yə dəvət edirlər, bundan əvvəl isə etmirdilər.Dəvət etməyəndə də heç kimdən incimir, heç hara şikayət etmirəm. Öz sözümü deməyə imkanlarım var. Efir qadağası olan müğənnilər də gedib mahnılarını oxusunlar, gərək televiziyaya çıxalar?”

Media eksperti, siyasi şərhçi Qulu Məhərrəmli deyir ki, bu ənənə son illər Prezident Adminstrasiyasında media siyasətini tənzimləyənlər səviyyəsində yürüdülürdü:

“Efirə çıxmağa qadağa qoymaq yolverilməzdir. Təəssüf ki, bu bir adət halını alıb. Hansısa məmurun, yəni televiziya rəhbərinin, ya da orada işləyən bir qədər səlahiyyəti olan baş redaktorun kimdənsə xoşu gəlmirsə, onun barəsində belə “qara piar” düzəldir və həmin insanları efirə buraxmırlar. Bu ənənə son illər Prezident Adminstrasiyasında media siyasətini tənzimləyənlər səviyyəsində yürüdülürdü.Amma fikrimcə, indi İTV və AzTv-dəo qadağalar xeyli dərəcədə götürülüb.Ənənəvi adamların çıxış etməsilə yanaşı, yeni simalar da efirə dəvət edilir. Kiminsəkimdənsə xoşu gəlməyə bilər. Amma ümumi, xüsusən spesifik problemlərin müzakirəsində, mütəxəssisləri də dəvət edib onların rəyini soruşmaq çox normaldır.Əvvəllər efir qadağası daha çox AzTv və İTV-də olurdu. Çünki onları eyni rəhbər tənzimləyirdi və onun da özünəməxsus siyahısı var idi.Özümə də AzTv tərəfindən müxtəlif verilişlərdə iştirak üçün təkliflər edilib. Son zamanlar iki-üç dəfə ora dəvət olunmuşam. Amma təəssüf edirəm ki, başqa televiziyalarla əvvəldən dəvətli olduğumdan ora gedə bilməmişəm. Yenə də dəvət edəndə gedəcəm, çünki AzTv mənə doğma televiziyadır”.

Həmsöhbətimizin fikrincə, Prezident Adminstrasiyasına çağırılıb görüş keçirildiyi halda belə, bəzi partiya sədrlərinin AzTv-yə hələ də dəvət edilməməsi bəzən kanal rəhbərliyininiradəsindən asılı olmur:

“Bu istiqamətdə məhdudiyyətlərin çoxu yuxarıdan gəlir. Belə siyasət yeridənlər tamamilə yanlış, cəmiyyətdə qarşıdurmaya stimul verən adamlardır. Televiziya ilə cmiyyət, hakimiyyətlə toplum arasında problem yaradırlar və belə hallara yol vermək olmaz”.

REAL-ın icra katibi Natiq Cəfərli düşünür ki, bu sahədə yaşanan problem hökumətin apardığı informasiya siyasətindən qaynaqlanır: “Bu təbii ki, normal hal deyil.AzTv və İTV vətəndaşların vergi ödəyicisi kimi vəsaiti hesabına maliyyələşir. Həmçinin, ölkə əhalisinin alternativ fikir eşitmək haqqı var. Görüşlər zamanı bu məsələ də zaman-zaman müzakirə olunur. Ümid var ki, gələcəkdə bu proses də dəyişəcək və müxalif partiya sədrləri və nümayəndələrinin də AzTv və İTV-də müxtəlif məsələlər üzrə müzakirələrdə iştirakına yaşıl işıq yandırılacaq. İndiyə qədər bu sahədə yaşanan problem isə hökumətin apardığı informasiya siyasətindən qaynaqlanır. Təəssüf ki, uzun illərdir hökumət monoloq rejimind fəaliyyət göstərib. İndi isə tədricən də olsa onlar dialoq rejiminə keçməyə cəhd göstərirlər”.

www.yenicag.az

410