Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Temperatur 10 dərəcə enəcək - Hava xəbərdarlığı

Azərbaycanda hava sərinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, iyun ayının ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 29-u axşamdan iyulun 02-si gündüzədək şimal küləyi güclənəcək, iyunun 30-da bəzi yerlərdə daha güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında iyunun 29-u axşamdan iyulun 02-dək arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

www.yenicag.az

1096