Təmsilçimiz "Eurovision"un finalına çıxdı - VİDEO

media-hightechnic-468x90

Təmsilçimiz Diana Hacıyeva (Dihaj) “Eurovision-2017” mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb. Ukraynanın paytaxtı Kiyevdəki Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalında Diana Hacıyeva İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları “Skeletons” mahnısını ifa edib.

media-banner_tkm

Təmsilçimiz geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Dihaj “Eurovision-2017” mahnı müsabiqəsinin favoritlərindən hesab olunur.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirib. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunub. Təmsilçimiz Dijah “Skeletons” mahnısı ilə finalın birinci hissədə çıxış edəcək.

Qeyd edək ki, ikinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05