!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlı Azərbaycan parlamentinə ən layiqli namizədlər sırasındadır

!Reklam – Yazi

Ailə kiçik bir dövlətdir.

Nəsrəddin Tusi

Hər günü ağır xəbərlərlə qarşılayıb, ondan da ağır beynəlxalq xəbərlərlə yola saldığımız qloballaşan dünyada ana vətənimiz Azərbaycanda tamamilə başqa bir av-hava yaşanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində qazandığı rəşadətli qələbə və ondan sonrakı proseslər Azərbaycan xalqı üçün tarixin milli səltənətidir.

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər ilk dəfədir ki, yeni çağırış parlamentimizə Zəfər və Şərəf səsverməsi kimi tarix qazandırır. Siyasi mənsubiyyətindən və cəmiyyətdəki yerindən və rolundan asılı olmayaraq namizədlər üçün yaradılan bərabərhüquqlu şərait Azərbaycan hökumətinin parlament seçkilərinin azad, demokratik, şəffaf və ədalətli olması üçün sərgilədiyi real mövqedir.
İşğaldan azad olunan ərazilərdə, eləcə də Xankəndi, Şuşa və Xocalıda səsvermənin təşkili Azərbaycan xalqının milli qürur aynasıdır. Budəfəki seçkidə deputat mandatı uğrunda aparılan mübarizəsinin daha bir özəlliyi namizədliyi ilk dəfə irəli sürülən şəxslərdir.

Haqında söhbət açmaq istədiyim namizədlərdən biri də Tənzilə xanım Rüstəmxanlıdır.

70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını oxuculara xüsusi təqdim etməyə ehtiyac olmasa da onun uca şəxsiyyəti, dəyişməz ictimai fəallığı, vətənpərvərlik notları barədə bəzi fikirlərimi bölüşmək istərdim.
Bu yerdə böyük məmnuniyyət hissi ilə böyük filosof Nəsrəddin Tusinin “Ailə, kiçik bir dövlətdir!” fəlsəfi fikrini xatırlatmaq istərdim.

Bəli haqqında söhbət açdığımız Rüstəmxanlı ailəsi “cəmiyyət üçün daim faydalı əməlləri ilə seçilən bir ailə olaraq Azərbaycan xalqına tanınıb və sevilib.” Rüstəmxanlı ailəsinin başçısı, Xalq şairi Sabir Rüstəmxanlı tarixin bütün dövlətində dövlətin və xalqın yanında olub. Böyük şairin yaratdığı yaradıcılıq irsi yüz minlər üçün örnəkdir.

Media məlumatlarından geniş ictimaiyyətə məlumdur ki, deputatlığa namizəd Tənzilə Rüstəmxanlı təbliğat və təşviqat kompaniyası çərçivəsində seçki platforması haqqında geniş məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının mahiyyətindən ən zərif üsullarla seçivilərinə çatdırıb.

Tənzilə Rüstəmxanlı Azəri Türk Qadınlar Birliyinin sədri kimi ötən dövrdə Azərbaycan və Türkiyə başda olmaqla türk qadınlarının birliyi, birgə mübarizəsi yolunda böyük ilklərə imza atıb. Azəri Türk Qadınlar Birliyinin məhz xanım Rüstəmxanlının liderliyi ilə yanınıb, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün çoxşaxəli fəaliyyət irsi yaradıb.

Əziz seçici, sayğı və dəyərli Neftçala əhalisi gəlin şansı qaçırmayaq. Xanım Rüstəmxanlı sizlərə, sizlərin də dəstəyiniz onun ictimai-siyasi həyatına yaraşan yaraşıq verən tərəflərsiniz. Deputatlığa namizəd Tənzilə Rüstəmxanlı Azərbaycan Parlamentində sizə ləyaqətlə təmsil etmək iqtidarındadır. Milli Məclisdə təmsil olunmaq bu cəsur türk qadını üçün sadəcə və sadəcə olaraq yeni tribuna ola bilər. Məqalədə Nəsrəddin Tusidən örnək göstərməyin heç də təsadüfi deyil. Rüstəmxanlı ailəsi zatən milli-vətənpərvərlik tribunasıdır. Bu tribunda eşidilən hər bir söz və fikir təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün milli-azadlıq şüarı olub. Sabir Rüstəmxanlının “Ömür” kitabı keçmiş SSRİ İmperiyası üçün bir təlatüm oldu.

Sonra bu əks sədanı “Azadlıq” meydanında eşitdik. Böyük şairin qələmə aldığı “Ölüm son deyil: tanıdığım Heydər Əliyev” və “Vətəndaşlığın əlifbası” kimi əsərləri Rüstəmxanlı ailəsinin Azərbaycançılıq yolunda usanmaz mübarizəsinin daha bir nümunələridir.

Əminliklə deyə bilərəm ki, deputatlığa namizəd Tənzilə Rüstəmxanlının parlamentdəki fəaliyyəti yalnız Neftçala coğrafiyası ilə yekunlaşa bilməz. O, sizlərin etimadı ilə qazandığı mandatın verdiyi tribunlarda Cənubi Azərbaycan, Qərbi Azərbaycan, Zəngəzur dəhlizi kimi qlobal problemləri ən mötəbər məclislərdə səsləndirmək, real nəticələr qazanmaq iqtidarında olan ziyalı bir xanımdır.

Deputatlığa namizəd Tənzilə Rüstəmxanlıya uğurlar arzu edir, 70 saylı Neftçala Seçki Dairəsindən olan seçiciləri xanım Rüstəmxanlıya səs verməyə çağırıram! Hamılıqla birlikdə fəal olaq ki, millət vəkilimiz O, olsun!

Siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist
Sabir Şahtaxtı

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv